Ramzan Kadırov Azərbaycan prezidentini təbrik etdi

Ramzan Kadırov Azərbaycan prezidentini təbrik etdi

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Aktual.az-ın məlumatına əsasən, Çeçenistan lideri özünün  Mylistory akkauntunda yazıb:
"Əziz böyük qardaşım, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi  səmimi qəlbdən təbrik edirəm. Bizim xalqlarımız və Respublikalarımız arasında sıx qardaşlıq və dostluq bağları var! Bunların əsasını bizim atalarımız – Heydər Əliyev və Əhməd-Hacı Kadırov qoyub.
Azərbaycan və Çeçenistan arasında geniş işgüzar, mədəni, dini bağların mövcudluğu mənə çox xoşdur. Azərbaycan və bizim Vətənimiz – Rusiyanın mehriban qonşu və qardaş dövlətlər münasibətində olması da çox vacibdir. Belə bir siyasətin vacibliyini Sovet İttifaqının və Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev çox gözəl anlayırdı”, - Kadırov öz səhifəsində yazıb.
Daha sonra Çeçenistan lideri İlham Əliyevə  cansağlığı, uğurlar və firavanlıq, eləcə də Azərbaycan xalqına sülh və tərəqqi arzulayıb.


Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR