Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edildi

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edildi

 Fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib.

"Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.
 
Aktual.az
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR