Ramiz Həsənov: “Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı şikayət yoxdur”

Ramiz Həsənov: “Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı  şikayət yoxdur”

 "Azərbaycanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə nələrsə qatılır, amma bu işlərlə SOCAR, "Azpetrol” kimi iri şirkətlər məşğul olmurlar”.

Bunu "Report”a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma şikayətlər kiçik şirkətlərdən daxil olur: "Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”.
R.Həsənov ölkəyə idxal olunan benzinin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib: "Ola bilməz ki, idxal benzininin keyfiyyəti aşağı olsun. Əksinə, keyfiyyət yüksək olduğu (Avro-4 standartına uyğun olduğu) üçün bəzən köhnə avtomobillər onu istifadə edə bilmirlər. Onların mühərriklərində problem ola bilər".
Bundan başqa, Komitə sədrinin sözlərinə görə, ara-sıra satılan benzinin kəmiyyəti ilə bağlı da şikayətlər edilir: "Bəzi işbazlar deyilən həcmdən az doldururlar".
 
Aktual.az
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR