Ramiz Alıyev: "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"

Ramiz Alıyev:

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Biləsuvar rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbir təşkil etmişdir.
Tədbir Biləsuvar Rayon Yeni Azərbaycan Partiyasının binasında təşkil olmuşdur.
Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər, Peşə Lisseyinin tələbələri, gənclər və rayon ərazisində fəaliyyəət göstərən özəl qrumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev açaraq layihə haqqında qonaqlara məlumat vermiş və mövzunun vacibləyini diqqətə çattırmışdır. Ramiz Alıyev İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verdi. İnsan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışdı. Azərbaycan dövlətinin İnsan Alverinə Qarşı mübarizə ilə bağlı apardığı siyasəti diqqətə çattırdı. Bildirdi ki, "Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə dəstək olur. Eyni zamanda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsi də hər il Azərbaycanın hər bir regionunu əhatə edən insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri təşkil edir. Natiq qeyd etdi ki, " İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasət bir çox dövlətlərə örnək olmalıdır”. Daha sonra qeyd etdi ki, Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş
Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur”. Tədbirdə DİN-nin çəkdirdiyi "Satılmış Həyat” filmi də nümayiş olunmuşdur.
Daha Sonra Biləsuvar Rayon İcra Hakimiyyəti İctimai-Siyasi Şöbəsinin baş məsləhətcisi Səbinə Hüseynzadə və Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkilli polis –mayoru Fikrət İskəndərov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri və cinayyətkarlıqla mübarizə ilə bağlı qonaqlarla və tədbir iştirakçılarına geniş məlumat vermişlər. Tədbir disukrsya şəkilində davam etmişdir.





Xəbər 1998 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR