Radikallığı təbliğ edən 372 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb

Radikallığı təbliğ edən 372 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb

"2015-ci il ərzində Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1827 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci il üzrə hesabatında deyilib.

Hesabatda qeyd olunub ki, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına 884 adda dini ədəbiyyata baxılaraq, onlardan 463 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.

Eyni zamanda bildirilib ki, müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR