Rabitə Nazirliyindən yay vaxtı ilə bağlı - Açıqlama

Rabitə Nazirliyindən yay vaxtı ilə bağlı   - Açıqlama

Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində yay vaxtına keçid ləğv olunub və 27 martda saatların irəli çəkilməsi həyata keçirilməyəcək.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, məlum olduğu kimi, kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarında yay və qış vaxtlarına keçid avtomatik baş verə bilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar olaraq ölkədə fəaliyyət göstərən operator (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilib.

Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (Microsoft və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb.

Eyni zamanda, UNIX əsaslı əməliyyat sistemləri üçün aşağıdakı linkdən yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur:

http://cache.gmane.org//gmane/comp/time/tz/10687-001.bin

Fərdi istifadəçilərdən kompüter və mobil telefonlarının ”tarix və vaxt” menyusundan “avtomatik” rejiminin deaktiv edilməsi tövsiyə olunur.

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR