Quranı yandıranların cəzalandırılmasını nəzərdə tutan qanun ləğv olundu

Quranı yandıranların cəzalandırılmasını nəzərdə tutan qanun ləğv olundu

Danimarka parlamenti dini müqəddəslər və ehkamların tənqid edilməsini yasaqlayan qanunu ləğv edib və bundan sonra ölkədə İncil və Quranı yandıranlar məsuliyyətə cəlb olunmayacaqlar.

Aktual.az  report-a istinadən xəbər verir ki, bu qanun 1683-cü ildə qəbul edilib.
İnformasiyaya əsasən, krallığın parlament üzvləri dinin bu və ya başqa aşkar fikirlərdən müdafiəsi üçün xüsusi qanunun mövcudluğuna ehtiyac olmadığını bildiriblər.

Bildirilib ki, Danimarka Skandinaviya ölkələri arasında dini müqəddəslər və ehkamların tənqid edilməsini yasaqlayan qanunun qaldığı yeganə dövlət idi. Bu əməli törədənlər ya 4 ay azadlıqdan məhrum edilir, ya da pulla cəzalandırılırdı.

"Din nəyə icazə verildiyini və ya nəyin qadağan olunduğuna hökm etməməlidir. Bu cəmiyyətdə ədalətsizliyə yol açır", - deyə qanun ləğvini təklif edən deputat Bruno Cepar vurğulayıb. 

Məlumata görə, 2015-ci ildə Quranın yandırılmasının video-çarxını "Facebook" sosial şəbəkəsində paylaşdığı üçün ittiham olunan danimarkalı barəsində məhkəmə prosesi dayandırılıb. Onun məhkəməsi bu həftə davam etdirilməliydi. 
 
Aktual.az 
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR