Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə

Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir


İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulan işlər çərçivəsində Bakı Dairəvi avtomobil yolunun təmiri tərtib olunmuş qrafik üzrə həyata keçirilir.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yolun frezlənmiş 5,2 km hissəsində yeni asfalt-beton örtüyünün döşənməsinə başlanıb.

 

Artıq 450 m məsafədə işlər başa çatdırılıb, digər sahədə isə hazırda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.


Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR