​Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin sədri sabah Bakıya gəlir

​Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin sədri sabah Bakıya gəlir

Gürkan Kumbaroğlu İAEE-nin gələnilki konfrasının Bakıda keçirilməsi məqsədilə bir sıra görüşlər keçirəcək

Türkiyə ilə Azərbaycan arasında energetika əməkdaşlığı qurulacaq.


Aktual.az-ın məlumatına görə, Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (İAEE) sədri Gürkan Kumbaroğlu aprelin 2-3-də Bakıda səfərdə olacaq.

Məlumata görə, İAEE-nin, eləcə də Türkiyədə fəaliyyət göstərən Enerji İqtisadiyyatı Dərnəyinin (EİD) sədri, professor Gürkan Kumbaroğlu İAEE-nin gələnilki konfrasının Bakıda keçirilməsi məqsədilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bu ilin əvvəlində birliyin sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri ilə bir araya gələrək 18 ölkə, eləcə də, Azərbaycan və Türkiyənin də daxil olduğu “İAEE-nin Avrasiya Enerji Birliyi” layihəsi üçün görüşlər keçirib.


Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (İAEE) builki 38-ci konfransı mayın 25-27-də Türkiyənin Antaliya şəhərində keçiriləcək.


Xəbər 1027 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR