Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış etdi

Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış etdi

"İslam aləmində baş verən son hadisələr, xüsusilə Qüds məsələsi tək müsəlman dünyasının yox, bütün bəşəriyyətin problemidir”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Fələstin və Qüds Baş müftisinin müavini İbrahim Xəlil Məhəmməd Avadallah deyib.
 
O, müsəlman dünyası ABŞ-a birlikdə ciddi təzyiq etməyə çağırıb: "Biz müsəlmanlar qanunun, haqqın tərəfdarıyıq. Amma bu gün ABŞ rəhbəri Tramp bizə qarşı ən haqsız qərar verib. Qüdsü müsəlmanlardan zorla qoparmaq istəyir. Biz bu sevinci ona yaşayatmayacağıq. Heç kimin haqqı yoxdur ki, başqasının haqqını alsın. O cümlədən də ABŞ-ın belə bir haqqı yoxdur”.
 
Baş müftinin müavini bildirib ki, bölgə müsəlmanları bütün dinlərdən olan ibadətgahlara ehtiramla yanaşır: "Amma bu gün bu qərarla istəyirlər ki, siyasi oyun oynayıb, bunu pozsunlar. Heç kim bu oyunu göz ardına almamalıdır”.
 
Aktual.az
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR