Qüdrət Həsənquliyev 45000 imza topladı

Qüdrət Həsənquliyev 45000 imza topladı

BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin imza toplama kampaniyası başa çatıb.
Bu barədə Aktual.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, artıq imzalar yekunlaşıb, sabah Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik:
"BAXCP-nin çox güclü rayon şöbələri var. BAXCP sədrinin imza toplama kampaniyasını 60 rayon şöbəsi aparıb. Gözləndiyi kimi, 92 seçki dairəsindən 45000 imzanı topladıq. Qanunvericiliyə görə, imzalar 60 seçki dairəsini əhatə etməlidir. Sadəcə, bizim partiyanln potensialı buna imkan verdi ki, 92 seçki dairəsindən imzalar toplansın. Bu gün partiyanıın seçki qərargahında bütün imzalar yoxlanıldı və sabah müvaqfiq sənədlərlə birgə imzaları MSK təqdim edəcəyik".

Xəbər 1135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR