Qubada bacanağını öldürən Xaçmaz sakini 12 il müddətinə cəzalandırılıb - (FOTO)

Qubada bacanağını öldürən Xaçmaz sakini 12 il müddətinə cəzalandırılıb - (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Emin Nəsirovun (1984-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, ötən il iyulun 8-də Quba RPŞ-nin əməkdaşları Nügədi-qazmalar kəndi ərazisində 1-ci Nügədi kənd sakini Neymət Xəlilovun (1987-ci il təv.) bıçaqla qətlə yetirilmiş meyitini aşkar ediblər. İlkin araşdırma zamanı məlum olub ki, sonuncunu bacanağı Emin Nəsirov öldürüb. O, həmin gün saxlanılıb və istintaqa tədim edilib.

Emin Nəsirov Nemət Xəlilovu söyüş söydüyünə görə öldürdüyünü bildirib. Onun sözlərinə görə, sonuncu arvadına zəng vuraraq, ünvanına nəlayiq ifadələr işlədib. Bundan əsəbiləşən Emin dəstəyi götürüb, sözlərinə fikir verməsini tələb edib, sonra isə onu görüşə çağırıb. Münaqişə zamanı Neymət söyüşlərini təkrar etdikdə Nəsirov bıçaqla ona zərbələr endirib. 

Zərərçəkən Fərhad Xəlilov bildirib ki, qardaşının qətlə yetirilməsini ona dostu deyib, o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qey edib.

Şahid qismində dindirilmiş Nəsirovun arvadı Günəş Mürsəlova ifadəsində göstərib ki, ölən şəxs ögey bacısının həyat yoldaşı olub. Onun sözlərinə görə, Neymət tez-tez spirtli içki qəbul edib, onları söyüb. Hadisə baş verən gün də Xəlilov zəng edib, onu söyəndə Emin bunu eşidib və bacanağını cəzalandırıb. 

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 13 il 6 ay cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə E.Nəsirov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.




Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR