Quba rayonunda gənclərə təlimçilik bacarıqları öyrədilir

Quba rayonunda gənclərə təlimçilik bacarıqları öyrədilir

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” layihəsi çərçivəsində Quba rayonunda silsilə təlim proqramına başlayıb.

Əsas məqsəd regionlarda fəaliyyət göstərən gənclər evləri ilə yerli gənclər arasında əməkdaşlığın gücləndirilməsi, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunması, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və gənc təlimçilərin şəbəkələşməsinə dəstək verməkdir.

Qubada bu gün öz işinə başlayan təlim-görüşü açıq elan edən Mərkəzin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev bildirib ki, gənclərin müxtəlif istiqamətlərdə təlim keçməsində bacarıqlı təlimçilərə ehtiyac duyulur. Bu baxımdan regionlarda gənc təlimçilərin formalaşması, onlar vasitəsilə qeyri-formal təhsil proqramlarının təşkili və bu işin mütəmadi davam etdirilməsi zəruridir. Buna görə Quba Gənclər Mərkəzində də yaradacağımız təlimçilər klubu bu istiqamətdə əsaslı işlər görəcək.

Daha sonra tanınmış ekspertlər Eynulla Xeyrullayev və Ramin Mahmudov tərəfindən təlim öz işini davam etdirmişdir. Proqram çərçivəsində iştirakçılara qeyri-formal təhsil metodologiyası, təlim və seminarların təşkili, debatların keçirilməsi və s. mövzular tədris olunmuşdur. Təlimlərlə yanaşı, gənclər üçün praktik məşğələlər də təşkil edilmişdir.

Qeyd edək ki, pilot layihənin Quba ilə yanaşı, Gəncə, Mingəçevir və Sabirabadda yerləşən gənclər evlərini əhatə etməsi nəzərdə tutulub.

Xəbər 83 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR