Qobustana 3 milyon manat ayrıldı

Qobustana 3 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Aktual.az-ın xəbərinə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR