QMİ bayram namazı ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirdi

QMİ bayram namazı ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirdi

Azərbaycanda bayram namazı iyunun 26-da, əsasən, saat 09:00-da qılınacaq.

Aktual.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Report-a bildirilib ki, ölkənin baş məscidi olan "Təzə Pir”də namaz QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə, saat 09:00-da qılınacaq.

Saat 08:00-da isə QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində namaz qılınacaq.

QMİ-dən o da bildirilib ki, bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, dünən QMİ ölkənin iki məscidində qılınacaq bayram namazının vaxtını açıqlayıb. Bundan sonra sosial şəbəkələrdə digər məscidlərdə bayram namazının vaxtının açıqlanmaması tənqid olunub, bununla bağlı geniş müzakirələr açılıb.
 
Aktual.az
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR