Qlobal maliyyə bazarları üçün əsas təhlükə açıqlandı

Qlobal maliyyə bazarları üçün əsas təhlükə açıqlandı

"Bank of America" (BofA) tərəfindən professional investorlar arasında aparılan sorğunun nətəcələrinə əsasən, qlobal maliyyə bazarları üçün əsas təhlükə istiqraz bazarındakı böhrandır.

Publika.az xəbər verir ki, istiqraz bazarında yaranan təhlükə ekstremal və nadir ola biləcək dağıdıcı amil kimi qiymətləndirilir. Qeyd edək ki, sorğu iyul ayında 179 peşəkar portfel meneceri arasında aparılıb.
"BofA"-ın baş investisiya strategiyası mütəxəssisi Maykl Hartnet (Michael Hartnett) hesab edir ki, bir çox investor Federal Ehtiyat Sistemini (FED) mənfi hadislərin katalizatoru kimi görür: "Əsas problem mərkəzi bankların verəcəyi şok qərarlar hesab edilir".
Ötən ay Avropa Mərkəzi Bankı (ECB) monetar ekspansiyaya son verəcəyini, FED isə balansını azaldacağını açıqladıqdan sonra investorlar başda Amerika və Almaniya olmaqla istiqrazların satışına başlayıblar. Nəticədə, istiqrazların qiyməti düşməyə, gəlirliliyi isə artmağa başlayıb.
"Report"un analitik qrupu bildirir ki, FED və ECB-nin qərarlarını icra etməyə başlaması istiqraz bazarında şiddətli satışa səbəb ola bilər, bu da faizlərin artması, fond birjalarının kəskin ucuzlaşması ilə nəticələnəcək. Faizlərin artması isə öz növbəsində Türkiyə, Rusiya, Braziliya, CAR və s. bu kimi inkişaf etməkdə olan ölkələrin maliyyə sabitliyini pozmaqla maliyyə böhranına çevrilə bilər. (Report)
 
Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR