Qızların seks köləsi olan oğlanlar, kişilərə nifrət edən QADIN DƏHŞƏTLƏRİ - FOTOLAR

Qızların seks köləsi olan oğlanlar, kişilərə nifrət edən QADIN DƏHŞƏTLƏRİ - FOTOLAR

Döyüşmək – kişilərə xas olan sənətdir. Ta qədimdən qadının uşaq böyütməsi, yır-yığış etməsi, ərə itaətli olması, demək olar ki, bütün millətlərdə olub. Amma bu düşüncəni alt-üst edən, kişilərin kürkünə birə salan qadınlar da az olmayıb ki, onlar haqqında əsrlərdir danışılsa da, nə tarix, nə də insanlar yorulur.

Publika.az amazonlar haqqında yazını təqdim edir:

Amazonlar - yunan mifologiyasında Kiçik Asiyada, Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən qadınlar qəbiləsi olub. Amazon adı ilə bağlı müxtəlif versiyalar mövcuddur. Yunanca "a-mazos” "döşsüz” deməkdir, bu qadınlar ox atmağın asan olması üçün sağ döşlərini kəsdirərmişlər. Amazonların iki sinələri mövcud olan təsvirləri də qravürlərdə bu günə qədər gəlib çatıb. Bu təsvirlərdə sağ sinə möhkəm bağlı olaraq göstərilir. Daha bir versiyada "Amazon” sözünün farscadan "döyüşçü qadın” mənasını verən "ha-mazan" sözündən törədiyi bildirilir.

Amazonlar harada yaşayıblar?

Herodot Amazonların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını yazırdı. Amazonların indiki Azərbaycanda yaşamaları haqqında məlumatları isə Strabon "Coğrafiya" əsərində verib. Strabon Albaniyanın yuxarı dağlarında Amazonların yaşadığını yazırdı. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonlar və Albanlar arasında yaşayırlar. Bu ölkədə həmin tayfalar ilə Amazonlar arasında Mermodalida çayı axır. Bu yerlərlə yaxşı tanış olan Skepsiyalı Metrodor və Qipsikart da iddia edirdilər ki, Amazonlar Qafqaz dağlarının şimalında Qarqarlarla qonşuluqda yaşayırlar. Yaz aylarında onları Qarqarlardan ayıran qonşu dağa qalxırlar. Razılaşmaya görə, Qarqarlar da həmin dağa qalxırlar ki, qadınlarla izdivaca girsinlər. Herodota görə, gənc qızlar heç olmasa döyüşdə bir kişi öldürməyincə, ona izdivaca girməyə icazə verilmirdi. Ona görə də, yunanlar Amazonlara "kişi öldürən” deyirdilər. Amazonlar, əsasən güclü, nüfuzlu kişilərlə izdivaca girirdilər ki, sağlam nəsil yaratsınlar. Hətta belə bir əfsanə var ki, Amazon hökmdarı Falestris 300 döyüşçü qızın müşayiəti ilə Makedoniyalı İsgəndərin hüzuruna gəlir. Məhz onun kimi kişidən övlad qazanmaq istədiyini bildirir: "Mən sənə oğlan hədiyyə edə bilərəm, əlbəttə, qız olsa, özümə götürəcəm. Çünki məndən güclü və cəsur qadın, səndən də şöhrətli kişi yoxdur”.

Amazonların Qafqaz ərazisində yaşadığı isbatlansa da, onlar burada aboregen olmayıblar. Onlar Skif-sak-massaget tayfalarının axını zamanı buralara gəliblər. Maraqlıdır ki, Amazonlara bütün xalqların yazılarında rast gəlmək mümkündür: Cənubi Amerika, Yaponiya, Çexiya Çin, Hindistan və s. Məsələn, Hindistanda e.ə. 328-322-ci illərdə hökmdarlıq etmiş hökmdar qadın Çandraqupta Maurya ancaq qadınlardan ibarət ordu saxlayırmış. Çexiyada isə VIII əsrdə qadın hakimiyyəti yaradılıb. Onlar Vidolve dağlarında yaşayır, kişiləri özlərinə kölə edirmişlər.

Eramızın 750-ci ilində isveç və danimarkalılar arasında gedən döyüşlərdə 300 qadından ibarət döyüşçü sonunculara köməyə gəlibmiş. Məhz danimarkalılara kömək etməsinin səbəbində əsl qadın cəhəti özünü büruzə verir. Çünki bu, amazonlar danimarkalı kişilərlə izdivaca girirmişlər. Oğlan övladlarını özləri ilə saxlamasalar da, ən azından oğullarının atasını müdafiə etməliydilər. Afrikada isə XVII əsrdən XIX əsrə qədər qadınlardan ibarət tayfa mövcud olub. Hətta bu qadınlardan sonuncu "survivor” 1979-cu ildə dünyasını dəyişib. Bildirilir ki, həmin tayfanın qadınları 1890-cı ildə fransız işğalına qarşı döyüşüb. Braziliyada isə döyüşçü qadın qəbiləsi indi də ucqar yerlərdə var. Tyüpi tayfasının qadınları ənənəvi amazonlar kimi yalnız törəmək üçün kişilərlə münasibət qururlar. Amma onlar saçlarını qısa kəsdirib, kişi paltarlarında gəzirlər.

Müasir tarixçilərin çoxu əvvəllər Amazonlar haqqında yazılanların əfsanə olduğu, insanların təxəyyülündən qaynaqladığını deyirdilər. Lakin çoxsaylı arxeoloji qazıntılar zamanı tapılanlar onların da fikirlərini dəyişdirdi. Məsələn, 1971-ci ildə Ukrayna ərazisində döyüşçü qadın məzarı tapılmışdı. Qadının yanında basdırılmış çoxsaylı silah-sursat və zinət əşyaları onun adlı-sanlı biri olduğundan xəbər verirdi. Elə ötən əsrdə Türkiyə ərazisində döyüşçü qadın məzarlarından ibarət kurqanlar tapılmışdı. Türkiyənin Samsun şəhərində aparılan qazıntılar zamanı Dündar Təpə mədəniyyətinə aid silah və döyüş atları ilə dəfn olunmuş qadın məzarları üzə çıxmışdı. Rusiyanın Pagan Rahibə məzarlığından da qadın döyüşçülərin qalıqları çıxıb. Tədqiqatçıların diqqətini çəkən məqam isə məzarlarda qadınların döyüşçü duruşunda dəfn edilməsidir.

Əlbəttə, bəzi mənbələrdə Amazonların məharəti şişirdilmiş şəkildə olur. Çünki istənilən halda qadının olduğu yerdə tərənnüm də var. İnsanlar qadın haqqında rəvayət yaradanda mütləq onun cazibəsini daha da artırmaq üçün mübaliğələrə yol verirlər. Amma istənilən halda, Amazonlar olub və tarixə elə iz qoyublar ki, özlərindən sonra da danışılır, göründüyü kimi hələ çox danışılacaq.

 

 
Aktual.az
Xəbər 660 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR