Qızlar əylənməyə getdilər, şəkil çəkdirdilər və... - BAŞLARINA GƏLƏNƏ İNANMAQ OLMUR - FOTOLAR

Qızlar əylənməyə getdilər, şəkil çəkdirdilər və... - BAŞLARINA GƏLƏNƏ İNANMAQ OLMUR - FOTOLAR

Britaniyalı qızlar pab-klubda istirahət edərkən qəribə hadisə yaşanıb.

Aktual.az Publika.az-a istinadən  xəbər verir ki, 22 yaşlı Viktoriya Qrivs və onun rəfiqəsi 23 yaşlı Keyli Atkinson axsam vaxtı getdikləri pab-klubda şəkil çəkdiriblər. Qızlar əmindilər ki, şəkil çəkilən an arxada heç kim olmayıb. Şəkli unudan rəfiqələr maraqlı "mənzərəni" çox sonra görüblər.
Keyli çəkilən şəkillərə baxarkən arxada yaşlı qadına bənzər kabus olduğunu görüb. Gördüklərindən şoka düşən Keyli bu barədə rəfiqəsi Viktoriyaya xəbər verir.
"Keyli mənə zəng edərək klubda çəkdirdiyimiz şəkilə diqqətlə baxmağımı və nə gördüyümü soruşdu. Şəkilə baxdim və öncə heç nə anlamadım. Daha sonra Keyli mənə şəkildəki, 3-cü şəxsi göstərdi. Doğurdan da, arxada yaşlı qadına bənzər kabus vardı. Mən belə şeylərə inanmırdım. Sadəcə güldüm"-deyə Viktoriya "Mirror"a açıqlamasında bildirib.
Hadisədən dəhşətə gələn qızlar baş verənlərə heç bir izah gətirə bilməyiblər. Britaniyalı qızlar neçə illərdir həmin pab-klubun daimi müştəriləri olublar. Belə bir hadisə ilk dəfə idi başlarına gəlirdi.
Şəkli telefonlarından silən qızlar bir daha həmin pab-kluba getməyəcəklərini bildiriblər.
Sosial şəbəkədə paylaşılan fotoya müxtəlif rəylər gəlib. Bəziləri şəkilin fotoşop olduğunu düşünüb.
Pabın nümayəndəsi hadisə ilə bağlı onu deyib ki, bu sadəcə qurmadır:
"Belə şey ola bilməz. İllərdir burda çalışıram, bənzər hadisələrə rast gəlməmişəm. Bəlkə də müştərilərdən kimsə onlarla zarafat etmək istəyib. Bunun başqa açıqlaması ola bilməz".


Xəbər 1104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR