Qızıl ucuzlaşmağa başladı

Qızıl ucuzlaşmağa başladı

Dünya bazarında qızılın qiyməti investorların ABŞ-da "vergi islahatları"nın Senatdan keçməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi ilə bağlı gözləntilər fonunda düşməyə başlayıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, qızılın qiyməti son 2 ayın minimal səviyyəsi - 1 263 dollar/unsiyaya enib.
"Report"un analitik qrupu qızılın qiymətinin 1 180 dollar/unsiya səviyyəsinə qədər enə biləcəyini ehtimal edir. Bir müddət 1180- 1230 dollar/unsiya diapazonunda qaldıqdan sonra isə qızılın 1050 dollar/unsiyaya qədər ucuzlaşması gözlənilir. 
"FED-in 2018-ci ildə uçot dərəcəsini ən azı 3 dəfə artırması proqnozlaşdırılır ki, bu da hər hansı geosiyasi gərginlik olmasa, qızılın qiymətinin təzyiqlərlə üzləşəcəyini göstərir", - deyə analitiklər əlavə ediblər.
 
Aktual.az
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR