Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artdı

Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artdı

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin sayı artıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Siyahıya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödədiyi illik haqq, beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə, nəzarət markasının alınmasına və xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqlar daxil edilib.
 
Aktual.az
Xəbər 212 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR