Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia

Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia
  • DÜNYA

İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib.

Trend-in AFP agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan baş nazirinin müavini Məhəmmədkali Abulqaziyev deyib.

Digər qırğız rəsmilər "Reuters"ə açıqlamalarında qəza zamanı ərazidə qatı duman olduğunu bildiriblər.

Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir.

Qeyd edək ki, Qırğızıstan prezidenti Almazbek Atambayevin Çinə səfərini təxirə saldığı bildirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.
 
Aktual.az
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR