Qırğızıstanda prezidentliyinə namizəd olmaq üçün 59 nəfər sənəd verib

Qırğızıstanda prezidentliyinə namizəd olmaq üçün 59 nəfər sənəd verib
  • DÜNYA

Qırğızıstanda prezidentliyinə namizəd olmaq üçün 59 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) sənəd təqdim edib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda MSK məlumat yayıb.

Avqustun 1-də prezidentliyə namizəd olmaq üçün sənədlərin təqdimatı başa çatıb.

48 nəfər fərdi olaraq öz namizədliyini irəli sürüb.

10 nəfərin namizədliyi isə siyasi partiyalar tərəfindən irəli sürülüb. İndiki prezident Almazbek Atambayev də prezidentliyə namizəd olacaq.

Prezidentliyə namizəd olmaq istəyənlər 30 min seçicinin imzasını toplamalı, bir milyon som (14 min 463 min manat) pul köçürməli, dövlət dilindən imtahan verməlidirlər.

Qeyd edək ki, 2017-ci il oktyabrın 15-də ölkədə prezident seçkisi keçiriləcək. 
 
Aktual.az
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR