Qida Təhlükəsizliyi Agentliyi monitorinq aparacaq

Qida Təhlükəsizliyi Agentliyi monitorinq aparacaq

"Azərbaycanda qida zəncirinin bütün proseslərində iştirak edən sahibkarlıq subyektlərində müvafiq monitorinq və audit işləri həyata keçiriləcək".


"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bunu agentliyin Təftiş və dövlət nəzarəti şöbəsi həyata keçirəcək: "Həmin şöbənin auditorları və ekspertləri tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində yoxlamalar olacaq".

Q.Təhməzli qeyd edib ki, bu təftiş və yoxlamalar heç də sahibkarların fəaliyyətinə maneçilik törətmək məqsədilə aparılmayacaq: "Sadəcə agentliyin məqsədi ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə lazımi yardım və dəstək göstərilsin. Onlar beynəlxalq standartlara uyğun məhsullar istehsal etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdikləri qida zəncirində beynəlxalq normal və qaydalara əməl edə bilsinlər ki Azərbaycan əhalisinin sağlamlığı təhlükə qarşısında qalmasın". 

 
Aktual.az
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR