Qida müəssisələrinin sahələri üzrə standartlar müəyyənləşdiriləcək

Qida müəssisələrinin sahələri üzrə standartlar müəyyənləşdiriləcək

"Qida müəssisələrinin hər biri üçün sahələr üzrə standartlar müəyyənləşdiriləcək”.

"APA-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən "Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.
Onun sözlərinə görə, son zamanlar mətbuatda təftiş və yoxlamalarla bağlı yalnış məlumatlar dərc edilir: "Agentliyin funksiyası müəssisələrin yoxlanılaraq cəzalandırılması deyil. Məqsədimiz həmin müəssisələrin standartlara cavab verəcək şəkildə fəaliyyət göstərmələridir.

Q.Təhməzli qeyd edib ki, Agentliyin digər işi bəzi qida məhsulları üzrə risk qiymətləndirilməsini həyata keçirməkdir: "Belə ki, biz riskin idarə edilməsini tənzimləyəcəyik. Misal olaraq, son günlər mətbuatda un və un məhsulları ilə əlaqədar bəzi yalnış fikirlər səsləndirilir. Bir mütəxəssis kimi deyə bilərəm ki, çörək yüksək riskə daxil olan qida məhsulları deyil. Ona görə də qalmaqal yaratmağa əsas yoxdur. Bu sahədə istənilən şəxslə debata girə bilərəm. Bütün bunlar qeyri-peşəkar çıxışlar olmaqla insanların təşvişinə səbəb olur".

Xəbər 126 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR