"Qəza SOCAR-ın investisiya reytinqinə təsirsiz ötüşməyəcək" - Ekspert


“Qəza SOCAR-ın maliyyə durumuna və investisiya öhdəliklərinə mənfi təsir göstərəcək”


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza Azəbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilən reytinqinə təsirsiz ötüşməyəcək:
“ARDNŞ-nin reytinqinin pisləşməsi onun kredit cəlb etmə imkanlarını məhdudlaşdıracaq, maliyyə durumuna və investisiya öhdəliklərinə mənfi təsir göstərəcək”.

Xatırladaq ki, dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə yanğın baş verib. Yanğın zamanı 63 nəfərin xidmətdə olduğu bildirilib. Onlardan 33 nəfər xilas edilib, 1 nəfər hadisə günü həlak olub. 29 nəfər isə itkin düşmüş sayılır. İtkin düşənlərdən 6 nəfərin cəsədi tapılıb.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR