Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək

Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 3-ü gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 1-i və 2-si ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağıntı bəzi yerlərdə intensiv xarakterli olub və yağan qar nəticəsində qar ötüyü əmələ gəlib. Belə hava şəraiti bu gün, yəni yanvarın 2-sində də gün ərzində davam edəcək. Lakin dekabrın üçü gündüz saatlarından artıq yağıntının tədricən kəsiləcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Hazırda şimal-qərb küləyi əsir, üçün gündüz saatlarından tədricən mülayimləşəcək və ayın 4-də mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq".
Mütəxəssis qeyd edib ki, yanvar ayının 3-ü gündüzdən başlayaraq ayın 4-ündə də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində isə əsasən sabit keçəcəyi gözlənilir: "Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7-9, bölgələrdə isə 6-10, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti təşkil edəcək".

Aktual.az



Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR