Qeyri-rəsmi nikahdan doğulanların sayı artıb - Statistika

Qeyri-rəsmi nikahdan doğulanların sayı artıb - Statistika

Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı yenidən ən yüksək səviyyəyə çatıb.

Trend-in statistik məlumatlara istinadən verdiyi məlumatlara əsasən, rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2012-ci ildə 27 031 uşaq dünyaya gətirilib.

Lakin 2013-cü ildən başlayaraq, bu say azalmağa dorğu dəyişib. Belə ki, rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2013-cü ildə 25 069, 2014-cü ildə 25 486, 2015-ci ildə 24 038, 2016-cı ildə 26 288 uşaq doğulub.

Rəsmi qeydiyyata alınmamış nikahda doğulan uşaqların sayı ölkədə diri doğulanların ümumi sayına olan nisbətdə də artıb.

2013-cü ildə qeyr-rəsmi nikahdan doğulan uşaqların sayının ölkədə diri doğulanların ümumi sayına olan nisbəti 14,5 faiz olduğu halda, 2016-cı ildə bu rəqəm 16,5 faiz olub.
 
Aktual.az
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR