Qətər əmiri Türkiyədə səfərdədir

Qətər əmiri Türkiyədə səfərdədir
  • DÜNYA

Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə Ankarada səfərdədir.

"Report” TRT-yə istinadən xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.  
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, bölgədəki vəziyyət müzakirə edilib.  
Məlumata görə, Qətər əmiri Ankarada 2,5 saat qalacaq.
Qeyd edək ki, şeyx Təmim bin Həməd Al Taniyə 2017-ci ilin sentyabrında Ankarada səfərdə olub. R.T.Ərdoğan isə Qətər əmiri ilə sonuncu dəfə 2017-ci ilin dekabrında görüşüb. Həmin vaxt Türkiyə prezidenti Qətərdə səfərdə olub.
 
Aktual.az
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR