Qənirə Paşayevanın qardaş bələdiyyələr təklifi dəstəklənib

Qənirə Paşayevanın qardaş bələdiyyələr təklifi dəstəklənib

Millət vəkili Q.Paşayevanın Afşin bələdiyyə başqanına qardaş bələdiyyələr təklifi dəstəklənib.

Afşində Qarabağ parkının açılışında iştirak etmək və Qarabağla bağlı konfrans vermək üçün bu bölgədə səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Afşin bələdiyyəsinin başqanı Mehmet Fatih Güvenlə görüşüb. Gorüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Afşinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb və Afşində Qarabağ parkının açılması münasibəti ilə təşəkkür edərək Afşin bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı sevdiyini deyən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Afşin bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və sizin Afşində Qarabağ adını daşıyan parkın olması təklifiniz çox önəmli idi və belə bir addımı atmaq bizim borcumuz idi və Qarabağ parkı bizim Qarabağ sevdamızı bir daha dosta da düşmənə də göstərdi dedi. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissəsələrində Afşinə də yer ayrılacağını bildirib və Azərbaycan insanına Afşini də daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Afşin bələdiyyə başqanına həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə Afşin tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Millət vəkili Afşinə səfəri çərçivəsində eyni zamanda Afşin Kaymakamı Ali Edib Budan ilə də görüşüb və Qarabağ problemi ilə bağlı geniş fiir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayevaya verdiyi konfrans üçün təşəkkürünü bildirən Afşin Kaymakamı Ali Edib Budan bu cür konfrans və müzakirələrin özəlliklə gənclər üçün önəmindən danışaraq yaxın zamanlarda millət vəkili Q.Paşayevanın yenidən Afşində konfranslar verməyə dəvət edib. Millət vəkili Q.Paşayeva Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ və Türk dünyası məsələləri ilə bağlı yaxın zamanlarda yeni bir konfrans verməklə bağlı bələdiyyə başqanı və Afşin kaymakamının təklifini qəbul edib.

Xəbər 892 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR