Qənirə Paşayevanın Qarabağ parkı təklifinə dəstək

Qənirə Paşayevanın Qarabağ parkı təklifinə dəstək


Millət vəkili Qənirə Paşayevanın Şanlıurfada Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Nihat Ciftci ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Şanlıurfanı da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Şanlıurfada mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və Şanlıurfa bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı sevdiyini deyən Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Nihat Ciftci Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Şanlıurfa bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Nihat Ciftci hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Şanlıurfada Qarabağ adını daşıyan parkın olması təklifini müsbət qiymətləndirdiyini deyərək bu təklifin reallaşacağını bildirib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissəsələrində Şanlıurfanın da yer alacağını bildirib və Azərbaycan insanına Şanlıurfanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Nihat Ciftci və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Nihat Ciftci Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Nihat Ciftciyə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” ,” Karabağ hikayeleri” kitabını,Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə Şanlıurfa tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Görüşdə yazar Təranə Vahid, qeyri-hökumət təşkilatı rəhbəri Sürəyya İsmayılova da iştrak ediblər.

Xəbər 724 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR