Qənirə Paşayeva Türkiyədə konfrans keçirib

Qənirə Paşayeva Türkiyədə konfrans keçirib

Türk Dünyası Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə və qurumun Turan Kültür Merkezi Süleymaniye Kürsüsü 2017-2018 dönemi fəaliyyətləri çərçivəsində millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın verdiyi "Ortadoğuda Türklüyün sıcak gündemi”adlı konfransda ziyalılar, KİV nümayəndələri, Türk və müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınlar, ictimai fəallar iştirak edib.


Millət vəkili Q.Paşayeva İraq və Suriya türklərinin 20-ci əsrdən başlayaraq yaşadığı zülmlər, onlara qarşı törədilmiş dəhşətli qətliamlar, bu insanların məhz türk olduğu üçün bu əziyyətləri yaşaması və onun səbəbləri, bugünkü ağır vəziyyətləri, bölgə üzərində oynanan böyük oyunların onlara vurduğu böyük zərərlərlə bağlı geniş çıxış edib. Dəfələrlə İraqda Türkmənlərin yaşadığı Kərkükdə, Təlafərdə, Mosulda, Duzxurmatıda, Suriyada Türkmənlərin yaşadığı Bayırbucaq, Türkməndağında olduğunu və hər şeyi gözləri ilə gördüyünü, sıx-sıx İraq və Suriyadan zorla köçmən salınmış vəköçkün kimi Türkiyədə yaşayan türkmənlərlə görüşdüyünü deyən millət vəkili Q.Paşayeva bütün türk dövlətləri, toplumları və diaspor təşkilatları birlikdə onların yanında daha çox olmalıyıq deyib. Beynəlxalq təşkilatların onlara qarşı münasibətdə ikili standartlardan yanaşdığını deyən millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl bu məsələni AŞPA-da da ciddi qaldırdıq amma təəssüf ki dəstək göstərməkdə maraqlı deyillər deyib və əlavə edib ki, bunları görərək İraq və Suriyada yaşayan qardaş-bacılarımızın haqlarının müdafiəsi, onlara dəstək göstərilməsində bütün Türk dövlət və toplumları fəal olmalıdır. Q.Paşayeva Türk dünyası aydınlarına səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Q. Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son aylar daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xalqının hər zaman digər Türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayıb. Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin də dünyaya çatdırılması üçün çalışmalıdır: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq". Bu məsələdə ailələrimizin, aydınlar, jurnalistlərin, siyasətçilərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışını "bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva Türk Dünyasının

müxtəlif bölgələrindən gəlmiş QHT, KİV rəhbərləri, aydınlar, ictimai fəallar, gənclər və araşdırmaçıların suallarını da cavablandırıb, müzakirələr aparılıb, KİV-lərə geniş müsahibələr verib.

Çıxışı bu videolinkdə izləyə bilərsiniz.










Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR