Qənirə Paşayeva Türk dünyasına çağırış edib

Qənirə Paşayeva Türk dünyasına çağırış edib

Millət vəkili Q.Paşayeva Altınkörpü qətliamının 26-cı ildönümü ilə bağlı tədbirdə Türk dünyasına çağırış edib.


İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin 1991-ci ildə Altınköprüdə İraq Türkmanlarına qarşı törədilən qətliamın 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə geniş çıxış edib və Türk dünyasına çağırış edib. "Biz bir millətin övladlarıyıq, Kərkükə, Təlafərə gedəndə, elə bilirsən Azərbaycanın bir bölgəsindəsən, eyni dil, eyni ləhcə, eyni millətin övladları yaşayır orada" deyən millət vəkili Q. Paşayeva "Altınköprüdə qardaş-bacılarımıza qarşı törədilən o dəhşətli qətliamı unutmayacağıq və unutdurmayacağıq" deyib. Səddam Hüseyn zülmündən İraq Türkmanlarının çox əziyyət çəkdiyini deyən millət vəkili Q.Paşayeva "amma təəssüf ki Səddam Hüseynin devrilməsindən sonra da türkmanların əzabları bitmədi və hələ də davam edir" deyib."İraq Türkmanlarının son 60 ildə yaşadıqları acılar və onların getdikcə daha da artması, onları evlərindən didərgin salan səbəbləri Türk dünyası yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır" deyən millət vəkili Q.Paşayeva"hər zaman İraq türkmanları qardaşlarımızın yanındayıq və bütün Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq" deyib. Q. Paşayeva Azərbaycanın hər zaman Türk dünyası, İraq türkmanları ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, Türk dünyası, Türk dövlət və toplumlarının İraq türkmanlarına dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb. Millət vəkili Q.Paşayeva İraq və Suriyada Türkman qardaş-bacılarımızın vəziyyəti ilə bağlı AŞPA-da təkrar çıxış edərək avropalıları onlara daha çox dəstək göstərməyə çağırdığını, bu günə qədər olduğu kimi bundan sonra da iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmanlarının vəziyyətini hər zaman diqqətə çatdırmağa çalşacağını bildirib və bundan sonra da gücümüzün çatdığı qədər hər zaman yanınızdayıq deyib. Tədbirdəİrak Türkleri Mədəniyyət və Yardımlaşma Dərnəyinin rəhbərləri Məhəmməd Tütünçü, Kemal Bayatlı, Xalq Şairi Sabir Rüstəmxanlı da çıxış edərək Türk dünyasının İraq türkmənlərinə daha çox dəstək göstərməsinin vacibliyini vurğulayıblar. Tədbirin sonunda İrak Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin teatr kollektivi Altınkörpü qətliamı ilə bağlı tamaşa nümayiş etdiriblər. Tədbirdən sonra millət vəkili Q.Paşayeva İraq Türkmanları təşkilatlarının rəhbərləri ilə də görüşüb.

 







Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR