Qənirə Paşayeva Sudan heyəti ilə görüşüb

Qənirə Paşayeva Sudan heyəti ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdinin rəhbərlik etdiyi heyətlə görüşüb və onlara ölkələrinin Xocalı Soyqırımını qəbul etdiyindən dolayı təşəkkür edib.
 
Öz adımdan, bütün Xocalılar və bütün azərbaycanlılar adından ölkənizə ədalətin yanında olduğunuz üçün təşəkkür edirəm deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdi və rəhbərlik etdiyi heyətə Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilməməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə ətraflı məlumatlar verib və geniş fikir mübadiləsi aparılıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı Sudan parlamentariləri kimi öz etiraz səslərini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar deyib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdi və rəhbərlik etdiyi heyət Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səylərin daha da artacağına inandığını deyib. Görüşün sonunda Qənirə Paşayeva Sudan Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyanın rəhbəri Abla Mahdi və rəhbərlik etdiyi heyətə rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Aktual.az


Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR