Qənirə Paşayeva Qarabağla bağlı çağırış etdi

 Qənirə Paşayeva Qarabağla bağlı çağırış etdi

Millət vəkili Qənirə Paşayeva Nazili bələdiyyə başqanı, kaymakamı, QHT və KİV rəhbərləri, Karasu QHT-ləri ilə görüşüb və Qarabağla bağlı çağırış edib.
Qarabağla bağlı tədbirlərdəiştirak etmək üçün Nazilidəsəfərdəolan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nazilibələdiyyə başqanı iləgörüşüblər.Azərbaycanı çox sevdiyini deyən Nazili bələdiyyə başqanı Haluk Alıcık ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. "Azərbaycanın şəhidi bizim də şəhidimizdir", - deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Nazilinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Nazili bələdiyyə başqanı Haluk Alıcık Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Nazili bələdiyyə başqanı Haluk Alıcık Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva həmçinin Nazili kaymakamı İbrahim Küçük ilə də görüşüb və müzakirələr olub. Millət vəkili Q.Paşayeva Nazili kaymakamı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən Nazili Kaymakamı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Kaymakamla söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. "Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Nazili arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.Millət vəkili Qənirə Paşayeva Körfez Azərbaycan Kültür və Spor Dərnəyini ziyarət edib, bölgə aydınları, QHT və KİV rəhbərləri ilə görüşüb. Azərbaycan, Türkiyə və Türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT-lərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi olub. Millət vəkili konkret təkliflərlə çıxış edib və onları Azərbaycana dəvət edib.Millət vəkili Qənirə Paşayeva eyni zamanda Nazilidə Şəhid ailələri və Qaziləri də ziyarət edib. "Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Görüşün sonunda millət vəkili Q.Paşayeva Nazili Şəhid ailələri və Qazilərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib.







Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR