Qənirə Paşayeva müəllim və tibb işçiləri ilə görüşdü

Qənirə Paşayeva müəllim və tibb işçiləri ilə görüşdü


Müəllimlər və tibb işçiləri millət vəkili Qənirə Paşayevanı dəstəklədi və o, 2 kəndin sakinini qəbul edib, qayğılarını dinləyib

Millət vəkili Qənirə Paşayeva 105 saylı seçki dairəsinə daxil olan kəndlərdən müəllimlər və tibb işçiləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Ölkəmizin inkişafında, gənc nəsillərin yetişdirilməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayan millər vəkili Qənirə Paşayeva biz hamımız dəyərli müəllimlərimizə borcluyuq deyib və müəllimlrin qayğı və problemləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb. Müəllimlər millət vəkili Qənirə Paşayevanın 10 illik fəaliyyəti zamanı daim onlarla görüşdüyünü, qayğı və problemləri ilə maraqlandığını deyərək hər zaman Milli Məclisdə müəllimlərin səsi oolaraq onları maraqlandıran və narahat edən məsələləri qaldırdığını xüsusi vurğulayıblar və bu seçkilərdə də yenə də ona səs verəcəklərini bildiriblər. Kəndlərdə tibb işçiləri ilə görüş zamanı da seçicilər siz hər zaman Milli Məclisdə bizim səsimiz, eyni zamanda ailəmizin bir üzvü oldunuz və biz hər zaman sizin yanınızdayıq və seçkilərdə hər zaman bizim yanımızda olan millət vəkilinə sizə səs verəcəyik deyiblər. Millət vəkili Qənirə paşayeva tibb işçiləri ilə də geniş fikir mübadiləsi aparıb və onları narahat edən məsələlər ətrafında tək-tək dinləyərək fiikir mübadiləsi aparıb. Millət vəkili Qənirə Paşayeva cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə görülən böyük işlər barədə geniş məlimat verərək biz hamımız bütün vəzifə və səlahiyyət sahibləri xalqın xidmətçiləriyik və bunu ləyaqət və şərəflə yerinə yetirməliyik deyib. Mən hər zaman sizə xismət etməkdən, millətimi, dövlətimizi təmsil etməkdən şərəf durdum deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da bu istiqamətdəə var-gücü ilə çalışacağını bildirib. Millət əkili Qənirə Paşayeva həmçinin 2 kəndin sakinlərini də qəbul edib, qayğı və problemlərini dinləyib və müvafiq qurumlarla müzakirə aparıb.
Özəlliklə gənc sakinlər millət vəkilindən onlara iş tapılmasında köməklik göstərilməsini xahiş ediblər. Ali və peşə təhsili olan bir sıra gənclərlə bağlı bəzi qurumlara müraciət edən millət vəkili Qənirə Paşayeva heç bir peşə sahibi olmayan gənclərin müəyyən sənətləri öyrənməsinin vacibliyi ilə söhbət edib və onlara məsləhət və tövsiyyələrini də verib. Millət vəkili ilə görüş zamanı ona müraciət edənlər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkən və əməliyyata ehtiyacı olan xəstələr üstünlük təşkil edib. Qənirə Paşayeva həmin xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva ona müraciət edən fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb, onların bəzilərinin müalicə almaları üçün Əlillərin Bərpa Mərkəzinə yerləşdirilməsini xahiş edib. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və millət vəkili Qənirə Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib. Sosial yardımla bağlı müraciətlər zaman insanların ən çox şikayəti kiçik bir məbləğ də olsa krediti olan insanlara sosial yardımın dayandırılmasıdır. Ailələr bildiriblər ki, çox ciddi problemlərini həll edə bilmədikləri zamanı evlərini məcburi girov qoyaraq kiçik həcmli kreditlər alırlar ki, həmin dəqiqə də sosial yardımları kəsilir. Sakinlər millət vəkilindən bu məsələni MM-də və Hökumət üzvləri ilə görüşlərdə qaldırmasını xahiş ediblər. Bu məsələni bir neçə dəfə müvafiq dövlət qurumu ilə müzakirə etdiyini deyən millət vəkili Qənirə Paşayeva sakinlərin təkliflərini yenidən onların diqqətinə çatdıracağını deyib. Alimenti ala bilməyən qadınların müraciətlərini də dinləyən millət vəkili Qənirə Paşayeva bu məsələ ilə qanunvericilikdə anaların hüquqlarının daha sərt qorunması ilə bağlı addımlar atıldığını, amma təəssüf ki, hələ də bu istiqamətdə müraciətlərin sayının azalmadığını vurğulayıb. Millət vəkili Qənirə Paşayeva bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiqəsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyib. Bir sıra 1 qrup əlillərini və ailə üzvlərini dinləyən millət vəkili Qənirə Paşayeva onların 1-ci qrup əlillərə baxan şəxslərə müavinət verilməsi ilə bağlı məsələni MM-də bir neçə dəfə səsləndirdiyini və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla müzakirə etdiyini deyərək bu məsələnin həmin ailələr üçün nə qədər önəmli olduğunu bildiyini deyərək təkrar müvafiq qurumlara çatdıracağını deyib. O həmçinin 1-ci qrup əlillərin övladlarının ödənişli ali təhsildən azad edilməsi ilıə bağlı ailələrin təkliflərini MM-də səsləndirdiyini və hökumət üzvləri ilə müzakirə etdiyin deyərək bir daha bu məsələni onların diqqətinə çatdıracağına 1-ci qrup əlil və onların ailələrinə söz verib. Millət vəkili Qənirə Paşayeva banklarla bağlı problemləri olan bir sıra insanları da dinləyib və müvafiq qurumlara problemlərlə bağlı müraciət edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Qənirə Paşayeva “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı müraciət edib. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili Qənirə Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Millət vəkili Qənirə Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Qənirə Paşayeva son illlərdə cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərərk, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib.

Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR