Qənirə Paşayeva İzmirdə Azərbaycan-Türkiyə münasibətlərindən danışıb - FOTO

Qənirə Paşayeva İzmirdə Azərbaycan-Türkiyə münasibətlərindən danışıb  - FOTO

Q.Paşayeva İzmirdə “Azərbaycan-Türkiyə münasibətləri: Türk Dünyası dünəni, bu günü və gələcək prespektivləri” ndən danışıb.

Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva ailələrə, aydınlara, KİV-lərə və QHT rəhbərlərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. İzmirin bir sıra tanınmış QHT-ləri, Türkiyənin bir sıra qurumlarının bölgə təmsilçilərinin, KİV rəhbərləri, bir sıra türk toplumlarının təmsilçilərinin, alim, aydınların və tələbələrin iştirak etdiyi tədbirdə çıxışında millət vəkili Qənirə Paşayeva birlik, bərabəlik üçün ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Qənirə Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, onun işğaldan azad edilməsi üçün çalışmalıdır: “Qarabağdan indi də İraq və Suriyadan öz yurdundan zorla qovulan bizim insanımızdır, onlara daha çox sahib çıxmalıyıq. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”. Bu məsələdə ailələrimizim, müəllimlərimizin, siyasətçilər, QHT, KİV, aydınlar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır deyərək münasibətlərimizin daha da inkişafı istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin yeritdiyi siyasət, görülən işlər, həyata keçirilən böyük layihələr barədə də geniş məlumat verib. Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib. Tədbirdə çıxış edən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin başqanı Asif Qurban, bir sıra QHT və KİV rəhbərləri bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncəylə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq zaman birlik və bərabərlik zamanıdır deyiblər. Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda tədbir iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını da imzalı hədiyyə edib. Millət vəkili tədbir çərçivəsində İzmirdə təhsil alan bir sıra azərbaycanlı tələbələr, bu ölkədə fəaliyyət göstərən bir sıra azərbaycanlı ziyalılar, İzmirdə fəaliyyət göstərən bəzi türk roplumları təmsilçiləri ilə ayrılıqda da söhbət edib, müzakirələr aparıb. Millət vəkili İzmirdə bir sıra televiziya kanallarına, agentlik və qəzetlərə də Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyasının bu günkü vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib və sualları cavablandırıb.

Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR