Qənirə Paşayeva “Gənclər və sosial şəbəkələr” adlı tədbirdə gənclərə çağırış edib – FOTO

Qənirə Paşayeva “Gənclər və sosial şəbəkələr” adlı tədbirdə gənclərə çağırış edib – FOTO

Dəfinə litseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə "Gənclər və sosial şəbəkələr” mövzusunda geniş tədbir keçirilib.
 
Tədbirin açılışında çıxış edən təşkilatın rəhbəri Arzu Bağırova bildirib ki uşaqlar və gənclər zamanlarının xeyli böyük bir hissəsini sosial şəbəkələrdə çox zaman lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu hamımızı ciddi narahat etməlidir. Uşaqların doğru istiqamətləndirilməsi istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür deyən Arzu Bağırova geniş maarifləndirmənin önəmini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. Q.Paşayeva dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Q.Paşayeva şagirdləri yaxşı təhsil almağa, xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib. Millət vəkili Rəşad Mahmudov da geniş çıxış edən və gənclərə bir sıra tövsiyyələrini səsləndirib. Millət vəkilləri Qənirə Paşayeva və Pəşad Mahmudov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova şahirdləri maraqlandırab sualları da cavablandırıblar və geniş fiir mübadilə olub. Litseyin Azərbaycanın ən yaxşı təhsil ocaqlarından biri olmasında fədakar müəllimlərin əməyi xüsusi vurğulanıb və müəllimlərin də sualları ətrafında geniş müzakirələr olub. Tədbirin sonunda gənclərə təşkilat tərəfindən çoxlu kitablar və hədiyyələr təqdim olunub. Millət vəkili Q.Paşayeva hər bir gəncə müəllifi olduğu kitabları imzalı hədiyyə edib.  







Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR