Qənirə Paşayeva AŞPA-da İordaniya Parlamentinin sədri ilə görüşüb

Qənirə Paşayeva AŞPA-da İordaniya Parlamentinin sədri ilə  görüşüb


Millət vəkili Qənirə Paşayeva AŞPA-da İordaniya Parlamentinin sədri A. Taravnehlə görüşüb.


Millət vəkili Q.Paşayeva AŞPA-da İordaniyaya Demokratiya üzrə tərəfdaş statusunun verilməsi ilə bağlı müzakirələrin çox müsbət keçməsi münasibəti ilə İordaniya Parlamentinin sədri A. Taravneh və nümayəndə heyətini təbrik edib. AŞPA tərəfindən bu addımın atılmasını, İordaniyaya bu statusun verilməsini böyük məmuniyyətlə dəstəklədik və çox önəmli hesab edirik deyən millət vəkili Q. Paşayeva onlara uğurlar diləyib və bundan sonra buradakı fəaliyyətimiz zamanı qarşılıqlı dəstəyin vacibliyi çox önəmlidir deyib. Görüş zamanı yüksək səviyyədə olan Azərbaycan-İordaniya münasibətlərinə toxunulub və iki ölkə parlamenti arasında əməkdaşlığın daha da genişlənməsinin önəmi xüsusi vurğulanıb. Millət vəkili Q. Paşayeva İordaniya Parlamentin spikeri Atef Taravnehə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları və məcburi köçkünlərimizlə də bağlı məlumatlar verib və bundan sonra İordaniyanın AŞPA-dakı təmsilçilərindən hər zaman bu məsələlərlə bağlı mövzuların müzakirəsi zamanı aktiv dəstək gözləyirik deyib. Bütün beynəlxalq təşkilatlarda ölkələrimizlə bağlı önəmli məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi də diqqət mərkəzində olub və İordaniya Parlamentinin spikeri hər zaman dost Azərbaycanla əməkdaşlığın daha da inkişafına hazırıq deyib.

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR