Qəddar cinayət törədən tibb bacısı ilə sevgilisinin... - (EKSKLÜZİV FOTO)

Qəddar cinayət törədən tibb bacısı ilə sevgilisinin... - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Lalə Mahmudovanın (1976-cı il təv.) və Sədi Məmmədovun (1975-ci il təv.) CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.9-cu (aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələri ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, cinayət işinin başlanmasına Xətai rayon sakini Elçin Mahmudovun Yasamal rayonunda qeydiyyatda olan Kamran Mahmudovun 2015-ci il sentyabrın 26-da  iktin düşməsinə dair 27-ci polis bölməsinə vermiş olduğu ərizə, əsas isə sonuncunun qəsdən öldürülməsinə işarə edən dəlilləri özündə əks etdirən sənədlər səbəb olub. Elçin Mahmudov bildirib ki, qardaşı Kamran İzmir küçəsi, 5 mənzil 55-də arvadı Lalə və 2 övladı ilə yaşayıb. "Gənclik" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən marketdə inzibatçı işləyib. Ayın 26-ı saat 15 radələrində Kamranın işlədiyi mağazadan ona zəng edərək bildiriblər ki, o işə gəlməyib və telefonlarının heç birinə zəng çatmır. Lalə ilə əlaqə saxladığda, qadın iş yerinə gedərkən Kamranın evdə olduğunu, qayıdanda isə onun harasa çıxıb, getdiyini deyib. 

İstintaq-əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da Lalə Mahmudova və Sədi Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. Həmin gecə sonuncu ifadəsinin yerində yoxlanılması zamanı, Kamran Mahmudovu qətlə yetirdikdən sonra meyitini İsmayıllı rayonun Talıstan kəndində, mərhum atası Bəhrəm Məmmədovun bağ sahəsinə apardığını və orda basdırdığını bildirib. Bu səbəbdən sözügedən rayona yollanan istintaq-əməliyyat qrupu tərəfindən, onun göstərdiyi yerdən, video və fotoçəkiliş aparılmaqla doğranmış meyit hissələri çıxarılaraq məhkəmə-tibb ekspertinə təqdim edilib. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Kamran Mahmudovun ölümünə - kəllə boşluğuna keçən 3 ədəd odlu silahdan açılmış güllənin təsirindən beyinin zədələnməsi səbəb olub.

İstintaqla müəyyən edilib ki, Sədi Məmmədov 2010-cu ildən tanış olaraq, mütəmadi intim əlaqədə olduğu Lalə Mahmudovanın əri Kamran Mahmudovun onlardan şübhələndiyini və gələcəkdə görüşlərinə mane olacağını güman edib. 2014-cü ilin may ayında etdiyi təklif əsasında Lalə Mahmudova ilə qabaqcadan əldir olaraq, əlverişli şərait yaranan kimi Kamranı yaşadığı evdə öldürməyi və meyitini hissələrə doğrayıb, İsmayıllı rayonunda basdırmağı və sonra ailə qurmağı planlaşdırıb. Lakin həmin il avqustun 23-də A.Şərifzadə küçəsi, 196 ünvanda magistral yolda qəzaya düşərək, ağır xəsarət alıb və uzun müddət xəstə olduğundan, cinayəti törətməyi təxirə salıb. 2015-ci ili sentyabr ayında sellofan torbalar və xomutlar alaraq "Fəvvarələr meydanı” yaxınlığında Laləyə verib, sonuncu isə həmin əşyaları özünə məxsus "Hyundai” markalı avtomobilə qoyaraq, yaşadığı mənzilə aparıb. Ayın 26-na keçən gecə Kamran Mahmudov yatandan sonra, Lalə bu barədə  "Whatsapp” proqramı vasitəsi ilə telefonla Sədiyə məlumat verib, razılaşdıqları kimi mənzilin qapısını açıq qoyub. Məmmədov qundağını və  lüləsini kustar üsulla kəsib, qısaltdığı tüfənglə evə daxol olaraq, yatmış vəziyyətdə olan Mahmudovun baş nahiyyəsinin sağ tərəfinə 2, sol tərəfinə isə 1 dəfə atəş açaraq, onu qətlə yetirib. Özü mərhumun qollarından, qadın isə ayaqlarından tutaraq, meyiti sürüyüb hamam otağına salıblar. Təxminən 2 saat ərzində Sədi, cəsədi gətirdiyi məişət-təsərrüfat təyinatlı bıçaqla və mişarla kəsərək, hissələrə ayırıb, sonra onları torbalara qablaşdırıb xomutla bağlayaraq Mahmudovaya verib. Sonra Məmmədov torbaları evin qarşısında saxladığı, özünə məxsus 10-KA-009 dəvlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilin yük yeri və salonuna yığaraq, səhər saat 7 radələrində özünə məxsus Bunyadzadə küçəsindəki 14 saylı 52№i mənzilinə gedib. Paltarlarını dəyişdikdən sonra İsmayıllı rayonuna yola düşüb və saat 12-də Talıstan kəndinə çatıb. Torbalara yığılmış meyit hissələrin çıxararaq, qardaşı Əli Məmmədovun faktiki istifadəsində olan bağında, ağac əkilməsi üçün qazılmış yerə basdırıb.

İş üzrə dindirilən Lalə Mahmudova ərinin öldürülməsində iştirak etmədiyini bildirib. O, 1997-ci ildən Bakı ş. 1 №i Dəri-zöhrəvi xəstəlikləri dispanserində tibb bacısı işləyib. 2000-ci ildə Kamran Mahmudovla  ailə həyatı qurub. 5 il ərzində Kamranla münasibətləri yaxşı olub, sonra qarşılıqlı narazılıqları yaranıb. Belə ki, Lalənin yoldaşından narazılığı ondan ibarət olub ki, ailəsini maddi cəhətdən normal təmin edə bilməyib, onun işləməyinə etiraz edib, qadın kimi ona diqqət ayırmayıb. Anasının yaşadığı evin 1-ci mərtəbəsində atası Yaşardan qalan zərgərlik dükanı olub, oranı qızıl alqı-satqısı ilə məşqul olan şəxslərə icarəyə veriblər. Təxminən 4 il əvvəl dükanı Sədi Məmmədov işlətməyə başlayıb. Onunla tanış olduqdan sonra, tədricən münasibətləri "istiləşməyə” başlayıb və intim xarakter alıb. Kamran işləri ilə əlaqədar bir neçə günlüyə bölgələrə gedəndə, uşaqları yatandan sonra , gecə saat 1-2 radələrində Sədi evlərinə gəlib. 2014-cü ildən başlayaraq Lalə ərinə açıq şəkildə boşanmaq istədiyini deyib, çünki Sədi ilə gizli görüşməkdən yorulub. Sonuncu da Kamrandan boşanacağı təqdirdə, arvadı ilə ayrılıb, onunla ailə quracağını bildirib. Həmin ilin may ayında Sədi ərini öldürməyi təklif edib. Sentyabrın 
23-də Sədi ilə iş yerinin yanında görüşüb, onun avtomaşınında əyləşdikləri vaxt sevgilisi ona rulon halında sellofan torbalar və ağ rəngli xomutlar verib. Kamranın meyitini parçaladıqdan sonra, həmin torbalara yığacağını deyib. Lalə torbaları və xomutları öz avtomaşını ilə evə gətirib, yataq otağında paltar şkafının içərisinə qoyub. Ayın 25-i gecə saat 2 radələrində işdən qayıdan Kamran qonaq otağında əyləşib çay içib, həmin vaxt Lalə mətbəxə keçib sosial şəbəkə vasitəsi ilə Məmmədova ismarıc yazıb, yoldaşının gəldiyini xəbər verib, sonra da messajı telefon cihazından pozub. Bir müddən yanaşı əyləşib televizora baxıblar, sonra Kamran yataq otağına gedib. Uşaqlar da öz otaqlarında yatıblar. Ərinin bərk yuxuya getdiyinə əmin olan Lalə bu barədə Sədiyə xəbər verib. 15 dəqiqədən sonra  blokdan yuxarı qalxan şəxsin addım səslərini eşidib, Məmmədov olduğunu başa düşərək qapını açıb. Sədi içəri girib və çantasından, uzunluğu 20-25 sm. olan tapancaya oxşar bir şey çıxarıb və əminliklə Kamranın yatdığı otağa tərəf gedib. Lalə mətbəx otağına keçib və orda gözəyib. 4-5 saniyədən sonra otağdan çıxan Sədi hər şeyin bitdiyini deyib, yoldaşının xirilti səsi tam kəsilib. Bundan sonra birlikdə içəri giriblər. Lalə yoldaşının ayaqlarından, Sədi isə qollarından tutub, parket döşəmənin üstünə qoyaraq, həmin vəziyyətdə sürüyüb, hamam otağına aparıblar. Sonra Məmmədov paltarlarını soyunub, alt paltarda dəhlizə çıxıb, dəhlizdə qoyduğu kompyuter çantasından bıçaq və dəmirkəsən mişarı götürüb. Sədi deyib ki, ona mane olmasın və hamamın qapısını çəkib bağlayıb, Lalə isə uşaqlar yatan otağa keçib, onların rahat yatdığına əmin olub və mətbəxə qayıdıb. Hamamdan mişar səsi eşidib, anlayıb ki, Sədi, əvvəlcədən dediyi kimi meyiti doğrayır.  Təxminən 2 saatdan sonra o qapını açıb deyib ki, torbalar lazım olacağını bildirib. Mahmudova mərhumun parçalanmış meyitni görməmək üçün, hamam tərəfə baxmadan, torbaları bir-bir açıb ona ötürüb. Sonuncu 15 ədəd dolu torbanı Laləyə verib, onları dəhlizə yığıb, torbalar müxtəlif ağırlığda olub, hamısı xomutla bağlanıb. Sədi suyu açıb metlax döşəmənin üzərindəki qanı yuyub. Yorulduğuna görə 10-15 dəqiqə mətbəxdə oturub, sonra torbaları özünün "BMW” markalı avtomobilinə yığmağa başlayıb. 7-8 dəfə 4-cü mərtəbəyə düşüb-çıxıb, torbaları daşıyıb-qurtararkən artıq hava işiqlaşmağa başlayıb. Lalə qana bulaşmış yastığı, mələfəni, odeyal üzünü də bir neçə torbaya doldurub, həmçinin Kamranın yastığının alıtından götürdüyü «ИPhone-4» və«Samsunэ»markalı mobil telefon cihazlarını Sədiyə verib. O, kartları çıxarıb, sındırıb, həmin hissələri ilə telefon aparatlarını da tullamaq üçün, özü ilə götürüb. Sağollaşıb evdən çıxarkən ona tapşırıb ki, mənzili bir də nəzərdən keçirsin, birdən hardasa qan izi qala bilər, görsə təmizləsin. Mahmudova evdə qani və ya başqa şübhəli izlərin qaldığını görməyib, yalnız hamamdan qan iyi gəlib. Buna görə hamamı yenidən yuyub, həmçinin çarpayının ətrafında döşəməni silib, təmizləyib. Saat 9-da mənzilin qapısını bağlayıb, özünün maşını ilə iş yerinə gedib. Bayram günü olduğundan saat 12.30-da işdən çıxıb,  Sədi ilə telefon əlaqəsi saxlamayıb. Belə ki, əvvəlcədən razılaşıblar ki, şübhə yaratmamaq üçün bir neçə gün danışmasınlar. Evə gəlib uşaqlara yemək verib, ataları barədə hər-hansı söhbət olmayıb. Saat 14 radələrində ərinin Əsmər adlı bacısı zəng edərək, onlara veriləsi qurbanlıq ət olmasını və Kamranın telefonuna zəng çatmadığını deyib. Lalə bildirib ki, səhər işə gedərkən yoldaşı yatıb, işdən gələndə isə avtomobilinin həyətdə dayandığını, özünün isə evdə olmadığını görüb. Ayın 27-də qayını Elçin gəlib yoldaşının avtomobilinə baxmaq istədiyini bildirib. Mahmudova "Mitsubushi” markalı avtomaşının açarını götürüb, onunla birlikdə həyətə düşüb. Kamranın şəxsiyyət vəsiqəsi, avtomobili qeydiyyat şəhadətnaməsi, işlədiyi marketin açarları, işinə aid müxtəlif sənədlər dirsəkaltı qutuda olub. Şübhəli heç nə tapılmayıb, günorta Elçinin 27-ci polis bölməsinə gedib, qardaşının itkin düşməsi barədə ərizə yazmasını bilib. Axşam bir nəfər adını və vəzifəsini bilmədiyi polis əməkdaşı onunla birgə evlərinə gəlib. Polisin suallarına cavab olaraq, gedərkən Kamranın yatdığını, hazırda onun harda olmasından xəbəri omadığını bildirib. Sentyabrın 28-i və 29-da yoldaşının qohumları tez-tez əlaqə saxlayaraq, bir neçə dəfə mənzilə gəlsələr də onun barəsində bildiklərini heç kimə deməyib. Ayın 29-u səhər saat 11 radələrində Sədi iş yerinə gəlib və onlar dəhlizdə təxminən yarım saat söhbət ediblər. Lalə Kamranın qohumlarının narahatlığını və onun itməsi barədə polisə müraciət etdiklərini xəbər verib. Məmmədov ona möhkəm olmağı, ağzından heç nə qaçırmamasını tapşırıb. Mərhumun meyitini nəylədiyini soruşduqda Sədi narahat olmamasını, hər şeyin qaydasında olduğunu deyib. Onun cavabından elə başa düşüb ki, danışdıqları kimi Məmmədov cəsədin hissələrini İsmayıllı rayonunda basdırıb. Ayın 30-da iki nəfər polis əməkdaşı gələrək işlə əlaqıdar bölmə rəisinin onunla söhbət etmək istəməsini bildirərək, onu polis bölməsinə dəvət ediblər. 

Mahmudova qeyd edib ki, Kamranın ölümünə görə peşman deyil, yalnız cinayətin üstü açıldığı üçün peşmançılıq çəkir. Hətta boşanacağı təqdirdə, ərinin ona rahatlıq verməyəcəyini, uşaqları görməsi üçün onunla görüşməyə məcbur olacağını bildirib. Sədi ilə rahat görüşmək üçün və barələrində söz-söhbətlər yaranacağına görə yoladşının ölümünü arzulayıb.

Məhkəmə prosesində Lalə Mahmudova ittiham üzrə özünü təqsirli bilməyib, Sədi Məmmədov isə özünü qismən təqsirli hesab edib.

Sədi Məmmədovun və Lalə Mahmudovanın ifadələrində Kamran Mahmudovu öldürməyi planlaşdırmadıqları, onun ölümündə qadının heç bir rolunun olmaması, Məmmədovun silahı özü hazırlamaması, atasından qalması ilə bağlı göstərdikləri xüsusatlar, törətdikləri cinayət məsuliyyətindən yaxa qurtarmaq və özlərini müdafiə etmək üçün gətirdikləri dəlil kimi qiymətləndirilərək rədd edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədov 20, L.Mahmudova 19 il müddətinə azadlıqdan məhrum olunublar. 

Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.












































Xəbər 4078 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR