Qəbiristanlığın yaxınlığında naməlum kişi meyiti tapıldı

Qəbiristanlığın yaxınlığında naməlum kişi meyiti tapıldı

Göyçay rayonunda kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Potu kəndinin qəbiristanlığının yanında təxminən 50 yaşında naməlum kişi meyiti aşkarlanıb.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onun iki gün əvvəl öldüyü ehtimal edilir. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR