Qəbələdə beşinci dəfə Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Qəbələdə beşinci dəfə Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.

Aktual.az  Azərtac-a istinadən xəbər verir ki, tədbirdə 25 xarici ölkə komandası ilə yanaşı, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Gugler iştirak edəcək.

Çox zəngin proqramı olan festivala ölkəmizin 50-yə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr qatılacaq. Hər iştirakçı 8 növ mürəbbə ilə təmsil olunacaq.

Qəbələdəki "Qafqaz Karvansaray” otelində keçiriləcək festivalda bölgələr üzrə ayrılmış yerlərdə hər bir bölgə və xarici iştirakçı üçün xarakterik olan mürəbbə məhsullarının və əl işlərinin sərgisi açılacaq.
 

Aktual.az

Xəbər 786 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR