Qazaxıstanın ilin əvvəlindən Azərbaycana 3 min ton buğda ixrac edib

Qazaxıstanın ilin əvvəlindən Azərbaycana 3 min ton buğda ixrac edib

Qazaxıstanın ərzaq korporasiyası - "NK "Prodkorporasiya" Səhmdar Cəmiyyəti 2018-ci ilin ilk rübündə Azərbaycana 3 min ton buğda ixrac edib.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin 2018-ci ilin birinci rübdə fəaliyyətinin yekunları üzrə hesabatında deyilir.
Qeyd olunur ki, ərzaq müqavilə korporasiyası yaxın və uzaq xarici ölkələrə 80 min tona yaxın dənli və yağlı bitkilərin məhsullarını ixrac edib."İrana 58 min tondan artıq arpa, Çinə 10 min ton buğda və 0,4 min tondan artıq bitki yağı, Özbəkistana 7 min ton buğda, Azərbaycana 3 min ton buğda ixrac olunub", - deyə hesabatda bildirilir.
 
Aktual.az
Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR