Qazaxıstanda avtobus faciəsinin təfərrüatları məlum olub

Qazaxıstanda avtobus faciəsinin təfərrüatları məlum olub
  • DÜNYA

Qazaxıstanın Aktobe vilayətində yanan avtobusun yan qapısının bağlı olması insanların təxliyə edilməsinə maneə törədib.

"Azərtac" xarici KİV-ə istinadla xəbər verir ki, bunu vilayət daxili işlər departamenti mətbuat xidmətinin nümayəndəsi Vitali Sinev jurnalistlərə bildirib. Onun sözlərinə görə, hadisə baş verən zaman Qazaxıstan vətəndaşları olan iki sürücü avtobusu saxlayaraq oradan çıxıb. Sərnişinlər isə çıxışa doğru qaçsalar da, yan qapı açılmayıb.
Elektrik xətlərində qısa qapanma faciənin mümkün səbəblərindən biri kimi nəzərdən keçirilir. Bununla yanaşı, digər versiyalar da araşdırılır.
Xatırladaq ki, Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, "İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş nəfər sağ çıxa bilib.
Hadisə Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır. Özbəkistanın Qazaxıstandakı səfirliyi bu məlumatı təsdiqləyib

Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR