Qaz və su xətlərinin yenilənməsinə xərclənəcək vəsait açıqlandı

Qaz və su xətlərinin yenilənməsinə xərclənəcək vəsait açıqlandı

Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 515 mln. manat investisiya qoyuluşu tələb olunur.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.

Sənəddə vurğulanır ki, SOCAR-ın "Azəriqaz” İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.

Azərbaycanda yeni su boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 135 mln. manat investisiya qoyuluşu tələb olunur.

Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.

Sənəddə vurğulanır ki, investisiya həcmi üzrə əlavə texniki-iqtisadi əsaslandırmanın aparılması vacibdir.

İçməli və tullantı su infrastrukturunun yaradılması nəticəsində 2020-ci ildə real ÜDM-in 25 mln. manat birbaşa və 15 mln. manat dolayı olmaqla, cəmi 40 mln. manat artacağı proqnozlaşdırılır.

Bundan başqa, "Azərsu” ASC yuxarıda göstərilənlərdən əlavə, nəticələrin əldə edilməsi üçün investisiya proqramı da hazırlayıb. Bu proqram kanalizasiya sisteminin inkişafı, tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarəolunması, qrunt və səth sularının idarəolunması kimi mövzuları əhatə edir. Proqram üzrə iqtisadi və texniki əsaslandırma hökumətə ayrıca təqdim ediləcək.
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR