Qaz və su sayğaclarını yükləmək üçün kart-riderlər satışa çıxarıldı

Qaz və su sayğaclarını yükləmək üçün kart-riderlər satışa çıxarıldı

"E-Pul" elektron ödəmə sistemi qaz və su sayğacları üçün smart-kartların məsafədən yüklənməsi üçün kard-riderlərin satışına başlayıb.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.
İstifadəçilər üçün iki növ ACR kart-rideri təklif olunur. Onların qiyməti modelindən asılı olaraq 30-35 manat təşkil edir.

Qaz və su smart-kartlarının yüklənməsi "e-pul.az" portalında "Kommunal xidmətlər" bölməsində mümkündür. Kartın balansının yüklənməsi üçün "E-Pul SmartCard" proqramını yükləmək lazımdır.
 
Aktual.az 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR