Qayınını güllələyən Maştağa sakini 17 il müddətinə cəzalandırılıb - FOTO

Qayınını güllələyən Maştağa sakini 17 il müddətinə cəzalandırılıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Elçin Qəmbərovun (1977-ci il təv.) CM-nin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Aktual.az xəbər verir ki, silahlı insident ötən il iyunun 10-da Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Maştağa sakini Elçin Qəmbərov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsindkəki 12 saylı binanın qarşısına gəlib. Onun məqsədi atası evinə qayıdan həyat yoldaşını geri aparmaq olub. Lakin Elçinlə keçmiş qayını Cəmaləddin Əliyev (1977-ci il təv.) arasında mübahisə düşüb. Sonuncu Qəmbərova içkili olduğunu və ərazidən getməsini xahiş edib. Lakin ona qulaq asmayan Elçin üzərindəki kustar üsulla düzəldilmiş tapançadan Cəmaləddinə atəş açıb və qaçıb. Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Həmin gün o, Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub və Qaradağ rayonunda cinayət törətdiyini bildirib. Araşdırmadan sonra onu Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşlarına təhvil veriblər. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum olunub.


Xəbər 107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR