“Qarşımıza qoyulan tələblər qeyri-realdır” – Qətər XİN rəhbəri

“Qarşımıza qoyulan tələblər qeyri-realdır” – Qətər XİN rəhbəri

Bir sıra dövlətlər tərəfindən qarşımıza qoyulan tələblər qeyri-realdır

Aktual.az  APA-ya istinadən verdiyi xəbərə görə, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bəyan edib.

"Bizə qarşı tətbiq edilən sanksiyalar qeyri-qanunidir. Bu, bizim suverenliyimizin məhdudlaşdırılması və xarici siyasətimizə müdaxilə deməkdir”, deyə nazir əlavə edib.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, "Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.
 
Aktual.az  
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR