Qarlı hava şəraitindən sonra çaylarda sululuq səviyyəsi açıqlandı

Qarlı hava şəraitindən sonra çaylarda sululuq səviyyəsi açıqlandı

Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.

Aktual.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 170-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10, Salyanda isə 7 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 475 sm (2016-cı il fevralın 17-də 419 sm), Şirvanda 353 sm (2016-cı il fevralın 17-də 305 sm), Salyanda 336 sm (2016-cı il fevralın 17-də 250 sm), Bankədə 259 sm (2016-cı il fevralın 17-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2016-cı il fevralın 17-də 151 sm) təşkil edir.
 
Aktual.az
Xəbər 794 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR