Qarlı hava 23 nəfəri xəstəxanalıq etdi

Qarlı hava 23 nəfəri xəstəxanalıq etdi

Ötən gün paytaxtda müşahidə edilən qarlı hava və yolların buz bağlaması 23 nəfəri xəstəxanalıq edib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Publika.az-a verdiyi məlumata görə, buzda sürüşüb travma alan 23 nəfərdən 20-si xəstəxanaya yerləşdirilib.
"Onlar Klinik Tibbi Mərkəz, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib”.
Baş həkimin sözlərinə görə, ötən gündən bu günə qədər 5 nəfər kimsəsiz şəxs - "bomj”la bağlı təcili yardıma müraciət daxil olub.
"Həmin şəxslərə ilkin yardım göstərildikdən sonra növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarından birinə yerləşdirilib”.
Qeyd edək ki, yanvarın 1-dən bu günə qədər 64 nəfər "bomj”la bağlı təcili yardıma müraciət edilib.
 
Aktual.az
Xəbər 840 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR