Qardaşı bacısının gözü qarşısında öldürdülər - Foto

Qardaşı bacısının gözü qarşısında öldürdülər - Foto

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan şəhər sakini Təhmasib Fərəcovun (1982-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Aktual.az xəbər verir ki, bu il yanvarın 4-də Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarətlər yetirib. Nəticədə sonuncu evin yaxınlğında kəskin qanitirmədən dünyasını dəyişib. Həmin gün Xətai RPİ 34-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Fərəcov tutulub və istintaqa təqdim edilib.

İstintaqın gedişatında məlum olub ki, Rövşən Cəfərov yeznəsi Təhmasib Fərəcovun evinə  qonaq gedib. Onlar yeyib-içdikdən sonra həyat yoldaşı tort kəsib. Söhbət əsnasında Təhmasiblə Rövşən arasında "kombi" borcuna görə mübahisə yaranıb. Sərxoş vəziyyətdə olan Cəfərov ona olan pul borcuna görə iradını bildirib. Nəticədə Fərəcov tort kəsilən bıçaqla qayının döş qəfəsinə zərbələr endirib. Yaralanan şəxs küçəyə qaçıb, lakin təxminən 200 metr getdikdən sonra huşunu itirərək, yerə yıxılıb.

Hadisə ilə əlaqədar dindirilən Təhmasib Fərəcov qaynını söyüş söydüyünə görə bıçaqla vurduğunu bildirib.  


Yaxın günlərdə iş üzrə hazırlıq iclası təyin olunacaq. 




Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR